Bakıda fəaliyyət göstərən "BY Yusko" və "Beethoven" mağazalarında oğlurluq baş verib.
Qaynarinfo xəbər verir ki, "BY Yusko” mağazasından 2005 manatlıq kişi geyimləri və ziynət əşyaları, "Beethoven” mağazasından isə 6000 manat pul oğurlanıb.
Hər iki mağazasının qapısının kilidi vintaçan vasitəsi ilə açılıb. Hüquq-mühafizə orqanlarına edilən müraciətdən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Saxlanılan şəxslərdən biri yetkinlik yaşına çatmayıb. Onlara Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətiimkan tədbiri seçilib.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən biri 5 il 5 ay müddətinə, digəri isə 4 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib.
Seyid
Şərhlər