Xəbər lenti

Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldı
Ölkə 17:00 07.12.2025

Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldı

Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb.

Bu haqda Qaynarinfo-ya DİN-in mətbuat xidmətindən məlumat verilib:

Bildirilib ki, polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlərlə Xəzər dənizinin kənarından qeyri-qanuni qum-çınqıl daşınmasını həyata keçirən 34 yaşlı M.Hüseynov, "Hovo” markalı markalı yük avtomobilinin sürücüsü 41 yaşlı Z.Vəlizadə, "Shacman” markalı yük avtomobillərinin sürücüləri 26 yaşlı M.Məmmədov və 42 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->