Xəbər lenti

Basketbol millimiz ikinci oyunda da qələbə qazandı
İdman 14:30 07.12.2025

Basketbol millimiz ikinci oyunda da qələbə qazandı

Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirdə keçirdiyi ikinci oyunu da qələbə ilə başa vurub.

Qaynarinfo xəbər verir ki, yığma bu dəfə Qazaxıstandan güclü olub - 74:60.

Qeyd edək ki, U-16 turnirdəki ilk matçında Belarusu 65:61 hesabı ilə məğlub etmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->