Xəbər lenti

Cahangir Əsgərovun ailəsinə məxsus şirkətin kapitalı milyonlarla manat azaldıldı
Ekonomiks 16:59 13.07.2026

Cahangir Əsgərovun ailəsinə məxsus şirkətin kapitalı milyonlarla manat azaldıldı

Azərbaycanın kosmetika istehsalçısı olan "Gazelli Group” nizamnamə kapitalını kəskin azaldıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin nizamnamə kapitalının həcmi 38 faiz aşağı düşüb.

Belə ki, "Gazelli Group”dan 16 milyon 976 min manat geri çəkilib. Beləliklə, şirkətin nizamnamə kapitalı 44 milyon 924 min manatdan 27 milyon 948 min manata qədər azalıb.

Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl "Dr. Zərifə Həmzəyeva adına Gazelli parfüm və kosmetik fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti "Gazelli Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən ayrılıb.

Qeyd edək ki, "Gazelli Group” AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun mərhum həyat yoldaşı, genetika və tibbi profilaktika üzrə elmlər doktoru Zərifə Həmzəyeva tərəfindən 1999-cu ildə təsis edilib. Z.Həmzəyeva ötən ilin yanvarında vəfat edib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->