Xəbər lenti

Canni De Byazi:
İdman 21:34 25.08.2023

Canni De Byazi: "Bəlkə də milli komanda ilə işləməyə davam edəcəm"

"AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Belçika ilə keçiriləcək oyuna hazırlığı davam etdiririk. Azərbaycan Futbol Federasiyası ilə dekabrda başa çatacaq müqaviləm var. Sonra nə edəcəyimə qərar verəcəm".

Qaynarinfo xəbər verir ki, bu sözləri tuttomercatoweb.com-a futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi deyib.

Azərbaycan yığmasındakı gələcəyi ilə bağlı danışan italyan mütəxəssis bu barədə müqavilə başa çatdıqdan sonra düşünəcəyini deyib.

2009/10 mövsümündən bəri İtaliyada çalışmayıb. Onun son klubu "Udineze" olub və 2010-cu ildə istefaya göndərilib. 67 yaşlı mütəxəssis bildirib ki, onun üçün İtaliyaya qayıtmaq hazırda prioritet deyil: "Düzünü desəm, düşünmürəm. Xaricdə qalmağı və bəlkə də milli komanda ilə işləməyə davam edəcəm. Ancaq hələ son söz demək üçün tezdir”.

Qeyd edək ki, karyerası ərzində bir çox klubları çalışdıran De Byazi 2011-2017-ci illərdə Albaniya millisinə başçılıq edib. 2017-ci ildə qısa müddət İspaniyanın "Alaveş" klubuna başçılıq edib və 2020-ci ildən Azərbaycan millisini çalışdırır.

AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda yer alan millimiz 3 oyunda xal qazana biləməyib. Bu oyunlarda 10 qol buraxaraq, 2 dəfə fərqlənə bilib.

Millimiz növbəti seçmə mərhələ oyununu sentyabrın 9-da Bakıda Belçikaya qarşı keçirəcək. Komanda bundan 3 gün sonra paytaxtda İordaniya millisi ilə yoldaşlıq oyununa çıxacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->