Xəbər lenti

Çaqqal kənd sakinlərinə hücum etdi: Xəsarət alanlar var
Ölkə 13:00 09.08.2025

Çaqqal kənd sakinlərinə hücum etdi: Xəsarət alanlar var

Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.

"Report"un məlumatına görə, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.

Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində üç nəfər kənd sakini yaralanıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->