Son 46 il ərzində Sakit okeanın dibindən gələn müəmmalı siqnalların mənbəyi tapılıb. Yeni araşdırma göstərib ki, bu səslərin səbəbkarı "Homo sapiens" növünə aid canlılardır, yəni insanların öz fəaliyyətidir.
Qaynarinfo xəbər verir ki, 1979-cu ildə alimlər ilk dəfə okeanın dərinliklərində qəribə uğultular qeydə alıblar. Bu, Sakit okeanın mərkəzində yerləşən Klarion-Klipperton zonasında dəniz yataqlarının sınaq məqsədilə hasilatı zamanı baş verib. Eksperiment zamanı aparılan müşahidələrdə suyun dərinliklərindən gələn naməlum səs siqnalları müəyyən edilib.
"Nature" jurnalında dərc olunan yeni tədqiqatda qeyd olunur ki, həmin sirli səslər məhz 1979-cu ildə aparılan o sınaqla əlaqədardır. Həmin avadanlıqlar artıq orada olmasa da, dəniz dibində qalan hasilat izləri illərdir eyni səs dalğalarını yaradır.
Tədqiqat müəlliflərinin sözlərinə görə, o izlər hələ də çox təzə görünür.
"Mədən maşınlarının 46 il əvvəl buraxdığı "yara izləri" elə bil dünən yaranıbmış kimi qalır”, deyə alimlər bildiriblər.
Bu kəşf, dəniz ekosistemlərinə insan müdaxiləsinin uzunmüddətli təsirlərinə diqqət çəkən mühüm elmi tapıntı kimi qiymətləndirilir.
Aydın
Şərhlər