Əməkdar artist, 4 dəfə Prezident mükafatına layiq görülmüş Rəşad Bəxtiyarov Mehdiabad qəbiristanlığında dəfn olunacaq.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Xalq artisti Kazım Abdullayev məlumat verib.
Aktyor mərhumun uzun zamandır xəstə olduğunu vurğulayıb:
"Xərçəng idi. Bir ildən çox xəstəliklə mübarizə apardı. Amma həyat başqadır, xəstəliyə qalıb gələ bilmədi. Çox gözəl, istedadlı aktyor və eyni zamanda ailə başçısı idi. Allah ona rəhmət eləsin".
Kazım Abdullayev Rəşad Bəxtiyarovun ölümünə üzüldüyün qeyd edib:
"Təəssüf ki, "Azdrama” gözəl bir sənətkarını itirdi. Oynamadığı obrazlar çox idi".
Qeyd edək ki, Əməkdar artist, 4 dəfə Prezident mükafatına layiq görülmüş Rəşad Bəxtiyarov oktyabrın 15-də 47 yaşında vəfat edib.
Bahar Rüstəmli
Şərhlər