Xəbər lenti

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
Ölkə 23:35 04.07.2025

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov vəzifəsindən azad edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, onun yerinə hələlik təyinat aparılmayıb.

Qeyd edək ki, N.Həsənov sözügedən vəzifəyə ötən ilin fevral ayında təyin olunmuşdu.

2018-ci ildən sözügedən vəzifəsinə qədər Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri vəzifəsində çalışıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->