Amerikalı məşhur müğənni Keti Perri və aktyor Orlando Blum səkkiz il birlikdə olduqdan sonra münasibətlərinə son qoyublar.
Qaynarinfo xəbər verir ki, son həftələr ərzində bu cütlüyün ayrılığı ilə bağlı şayiələr dolaşırdı. Onlar bu barədə hər hansı rəsmi açıqlama verməsələr də, yaxın ətraflarının sözlərinə görə, müğənni ilə aktyor artıq birgə münasibətlərinə son qoymuşdular.
Nəhayət "The Mirror" nəşrinin məlumatına görə, cütlüyün nümayəndələri məsələ ilə bağlı rəsmi açıqlama verərək ayrılığı təsdiqləyiblər.
"Nəhayət bir neçə ay ərzində Orlando və Keti münasibətlərinin formatını dəyişib və diqqəti ortaq övladlarının birgə böyüdülməsinə yönəldiblər. Onlar hələ də bir ailə kimi qəbul olunacaqlar, çünki onların əsas prioriteti və həmişə belə olacaq - qızlarını sevgi, sabitlik və qarşılıqlı hörmət şəraitində böyütməkdir", deyə cütlüyün nümayəndələri bildirib.
Rəsmi açıqlamadan öncə bir insayderin verdiyi məlumata görə, Perri və Blum münasibətlərini qalmaqalsız şəkildə bitiriblər.
"Keti və Orlando ayrılıb, lakin dostluq münasibətlərini qoruyurlar. Keti təbii ki, kədərlidir, amma sevindirici haldır ki, o, daha bir boşanma prosesindən keçməyəcək. Çünki bu, onun həyatında ən çətin dövr olmuşdu", deyə insayder bildirib.
Keti və Orlando 2016-cı ildə tanış olub görüşməyə başlayıblar. Üç il sonra aktyor müğənniyə evlilik təklifi etsə də, cütlük münasibətlərini rəsmi nikahla rəsmiləşdirməyib. 2020-ci ildə onların qız övladları dünyaya gəlib.
Qeyd edək ki, daha əvvəl Keti Perrinin yaxın rəfiqəsi müğənninin Orlando Blum ilə ayrılığına dair yayılan şayiələrə münasibət bildirmişdi.
Aydın
Şərhlər