Cəlilabadda iş adamı Nicat Əlizadəyə məxsus "Gənclik” marketdən oğurluq edilib.
Qaynarinfo-nun məlumatına görə, oğurluq nəticəsində iş adamına 392 788,53 manat ziyan dəyib.
Hadisə barədə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis əməkdaşları dərhal hərəkət keçib və marketin Vüsal adlı sürücüsü oğurluq malları satarkən yaxalanıb. O, ilkin ifadəsində marketdən 300-400 min manat civarında mal oğurlandığını etiraf edib.
Bundan sonra marketin Orxan adlı anbardarı və başqa bir şirkətin əməkdaşı olan Ruslan adlı şəxs saxlanılıb. Hər üç şəxsə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham elan edilib.
Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə zamanı Orxan və Vüsal özünü qismən təqsirli bilib. Ruslan isə özünü təqsirli bilməyib.
Lakin məhkəmə onların ifadələrindəki ziddiyyətləri tədqiq edərək bu qənaətə gəlib ki, təqsirləndirilən şəxslər məsuliyyətdən yayınmaq üçün ibtidai istintaqda verdikləri ifadələrə ziddi ifadə veriblər.
Məhkəmənin hökmü ilə Orxan və Ruslan 2 il 4 ay, Vüsal isə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Seyid
Şərhlər