Xəbər lenti

CENTCOM: ABŞ Silahlı Qüvvələri İranda 8 mindən çox hədəfi məhv edib
Dünya 17:30 21.03.2026

CENTCOM: ABŞ Silahlı Qüvvələri İranda 8 mindən çox hədəfi məhv edib

ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri ABŞ hərbçiləri 8 mindən çox hədəfi, o cümlədən 130-dan çox hərbi gəmini məhv edib.

"Report" xəbər verir ki, bu, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilib.

"Hazırda biz 8 mindən çox hərbi hədəfi, o cümlədən 130 İran gəmisini vurmuşuq - bu, İkinci Dünya müharibəsindən bəri üçhəftəlik dövr ərzində hərbi dəniz qüvvələrinin ən böyük miqyasda məhv edilməsidir", - bəyanatda qeyd olunub.

CENTCOM-dan, həmçinin vurğulanıb ki, ABŞ İran sahilindəki yeraltı obyektə 5 min funtluq bir neçə bomba ilə zərbələr endirib.

"Bu möhkəmləndirilmiş obyekt gəmi əleyhinə qanadlı raketlərin, mobil buraxılış qurğularının və beynəlxalq gəmiçilik üçün təhlükə yaradan digər avadanlıqların saxlanması üçün istifadə olunurdu", - bəyanatda qeyd edilib.

Bildirilib ki, əməliyyat zamanı təkcə obyektin özü deyil, həm də kəşfiyyat məntəqələri, eləcə də gəmilərin hərəkətini izləyən radiolokasiya sistemləri məhv edilib.

CENTCOM-dan vurğulanıb ki, nəticədə İranın Hörmüz boğazında naviqasiya azadlığına təhdid yaratmaq imkanları əhəmiyyətli dərəcədə azaldılıb.
--> -->