Çin ABŞ-ın orbitdəki peyklərini məhv etməyə yönəlmiş "kosmik qırıcı" yaratmaq istiqamətində sürətlə irəliləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Defense Express" yazır.
Nəşr qeyd edir ki, peykləri zenit raketləri ilə məhv etmək mümkün qədər baha başa gəlir, çünki orbitdə minlərlə peyk var. Bundan əlavə, belə üsul orbitin daha da çirklənməsi problemini yaradır. Bu səbəbdən minlərlə hədəfi məhv edə biləcək çoxdəfəlik və ucuz silah növünə ehtiyac var.
Belə silah mikrozərrəcik – elektron, proton, ion və ya neytral atom dəstələrini işə salan qurğu ola bilər. Onlar işığın sürətinə yaxın sürətə çatdırılarsa, dəydiği peykə bərpaolunmaz ziyan vura bilər.
Ekspertlər bildirirlər ki, bu zərbə təkcə mexaniki zədələnmə yaratmır, həm də güclü rentgen, qamma və elektromaqnit şüalanması əmələ gətirir və peykdakı bütün elektronikanı sıradan çıxarır. Bu cür təsirdən qorunmaq üçün qalın qurğuşun təbəqələri tələb olunar ki, onları orbitə çıxarmaq mümkün deyil.
Belə silah Yerdə səmərəli olmayacaq, çünki atmosfer bu zərbə dəstələrini ləngidəcək. Lakin kosmosda belə maneə yoxdur.
"Bu səbəbdən bu cür silah orbitdə yerləşdirilməlidir və peyk və ya kosmik aparat üzərində quraşdırılaraq bir növ "peyk qırıcısı"na çevrilə bilər", deyə "Defense Express" yazır.
Bu texnologiyanın reallaşması üçün əsas problem – kosmosda avtonom işləyə bilən güclü enerji qurğusunun yaradılması idi. Görünür, Çin məhz belə sistemi hazırlamağa nail olub. Peyklər üzrə ixtisaslaşmış "DFH Satellite" şirkəti 2,59 meqavat gücündə və 0,63 mikrosaniyə impuls sinxronizasiyalı yeni enerji qurğusu yaratdığını açıqlayıb.
Bildirilir ki, enerji mənbəyi günəş panelləridir. Onlar aşağı gərginlikli elektrik istehsal edir, qurğu isə bu enerjini yüksək gərginliyə çevirərək ayrıca güc modullarında toplayır.
Hələlik yeni qurğu peyklərin bort sistemləri üçün enerji təminatı kimi təqdim olunur. "Lakin aydındır ki, Çin bu texnologiyaya ilk növbədə onun hərbi tətbiqlərinə görə maraq göstərir. Artıq bu gün peyklər kəşfiyyat, rabitə şəbəkələri və hətta GPS üçün əsas rol oynayır. Buna görə də onlarla effektiv mübarizə aparmaq strateji baxımdan son dərəcə vacibdir", deyə "Defense Express" yazır.
Aydın
Şərhlər