Almaniyanın keçmiş kansleri Olaf Şolts 2020-ci ildə ABŞ rəhbərliyinə Amerika mayeləşdirilmiş təbii qazını qəbul etmək üçün terminalların tikintisi müqabilində "Şimal Axını 2" layihəsinə qarşı tətbiq edilən sanksiyaların ləğvini təklif edən məktub göndərdiyini etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ostsee-Zeitung" qəzeti məlumat yayıb.
Qəzet Şoltsun sözlərinə istinadən bildirib ki, məktub həqiqətən də göndərilib. Keçmiş kansler həmçinin 2022-ci ilin fevral ayında artıq tamamlanmış "Şimal Axını 2" qaz kəmərinin istismara verilməsinə icazə vermədiyini təsdiqləyib.
Şolts 2018-ci ildən 2021-ci ilə qədər Almaniyanın maliyyə naziri vəzifəsində çalışıb və daha sonra bu ilin əvvəlinə qədər Almaniya hökumətinə rəhbərlik edib.
Aydın
Şərhlər