"Pekin Rusiyanın Ukraynada apardığı müharibə fonunda zəifləməsindən istifadə edərək, öz maraqları naminə maksimum dərəcədə istifadə etməyə çalışır".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Elçin Şıxlı Çin mediasının Rusiyanın Uşaq Şərq ərazilərini itirəcəyilə bağlı tirajladığı yazıları şərh edərkən deyib.
"Çin mətbuatında yer alan bu yazılarda məqsəd Rusiyanın Ukraynada apardığı müharibə fonunda zəifləməsindən Pekinin maksimum dərəcədə öz maraqları naminə istifadə etmək məsələsi dayana bilər. Rusiya XIX əsrdə saxlaya, idarə edə bilməməsi və böyük xarici borcunun olması səbəbindən Alyaskanı da ABŞ-a satmışdı".
Ekspert qeyd edir ki, müasir Rusiya da Uşaq Şərqdə əli çatmayan əraziləri iqtisadi nöqteyi-nəzərdən idarə edə bilmir:
"Ona görə də bir çox yerləri Çin şirkətləri və dövlətinə icarəyə verib. Çinlilər də latent ekspansiya nəticəsində tədricən Rusiyanı mülkiyyət olaraq ələ keçirir. Yəni ərazi iddiaları yoxdur, amma mülkiyyət və iqtisadi cəhətdən Uşaq Şərqi öz əllərinə alırlar. Tacikistan da Çinə olan borcunu ödəyə bilmədiyindən, torpaqlarını verir. Rusiyada da anoloji vəziyyət ola bilər".
Qeyd edək ki, son günlər Çin mediasında Rusiyanın mümkün siyasi zəifləməsi və ya dağılması fonunda "Uzaq Şərq Federal Dairəsinin taleyi” ilə bağlı müzakirələr intensivləşib. Bir sıra Çin nəşrlərində bildirilib ki, Rusiya dağılacağı təqdirdə "təxminən 7 milyon kvadrat kilometr ərazini əhatə edən Uzaq Şərq regionu "itirilməlidir” və bu ərazilər Çinin strateji maraqları baxımından xüsusi əhəmiyyət daşıyır.
Söhbət Rusiyanın Saxa (Yakutiya) Respublikası, Primorsk, Xabarovsk, Kamçatka diyarı, Amur, Saxalin, Maqadan vilayəti, Çukotka Muxtar Dairəsi və Yəhudi Muxtar Vilayətindən gedir.
Bununla belə, mətbuatda yer alan bu müzakirələr "Çinin rəsmi mövqeyi kimi təqdim edilmir” və daha çox media səviyyəsində aparılan spekulyativ debatlar kimi qiymətləndirilir.
Xatırladaq ki, rəsmi Pekin və Moskva dəfələrlə bir-birinə qarşı qarşılıqlı ərazi iddialarının olmadığını bəyan ediblər.
Rüfət Sultan
Şərhlər