Xəbər lenti

Dünya 14:00 08.04.2024

Çin XİN-i ABŞ-dan Rusiya ilə münasibətlərə müdaxilə etməməyi tələb etdi

ABŞ Rusiya Federasiyası ilə Çin arasında normal dövlətlərarası münasibətlərə müdaxilə etməməlidir.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.
 
O, Pekinin Moskvaya hərbi yardım göstərməsindən şübhələnən Vaşinqtonun narazılığını belə şərh edib.

"ABŞ-ın Rusiya-Çin münasibətləri və ya Çinin dəstəyi barədə nə düşündüyünə gəldikdə, qeyd etmək lazımdır ki, aidiyyəti ölkə Çin və Rusiya arasında normal dövlətlərarası münasibətləri ləkələməməli və ya onlara hücum etməməlidir", - diplomat brifinqdə deyib.
 
Xatırladaq ki, ötən həftə sonu ABŞ-ın maliyyə naziri Cannet Yellen Quançjouda Çin Baş nazirinin müavini He Lifenlə görüşüb. Yellen bildirib ki, əgər Çin biznesinin Ukrayna ilə münaqişəsində Rusiyaya dəstək verdiyi ortaya çıxarsa, Çin "ciddi nəticələrlə” üzləşəcək. Bu gün, aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə səfər edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->