Cəllilabad rayonunda oğlunu həbsdən azad etdirmək ata dələduzluqla üzləşib.
Qaynarinfo xəbər verir ki, Cəlilabad rayon sakini Daməddin Səhrədovun oğlu Sədrəddin Sərhədov şəxsi zəmində baş vermiş münaqişəyə görə cinayət məsuliyyətinə cəlb edilib. Daməddin Səhrədov cinayət işinə xitam verilərək oğlunu həbsdən azad etdirmək istəyib.
O, tanışı Təbriz Hüseynbəli vasitəsi ilə Elnur adlı şəxslə tanış olub. Təbriz həmin şəxsin bu işdə ona kömək edəcəyini deyib. O, Elnura üst-üstə 7 230 manat pul verib. Lakin Daməddin Sərhədovun oğlunun problemi həll edilməyib.
Vətəndaş hüquq-mühafizə orqanlarına müarciət edib. Elnur saxlanılıb və ona dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin məhkəmənin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Cəlilabad Rayon Məhkəməsində aparılıb. Elnur məhkəmə özünü verilmiş ittiham üzrə qismən təqsrili sayıb. O, məhkəməyə ifadəsində dolayısı ilə Təbriz Hüseynbəylini ittiham edib.
Zərəçəkmiş isə pulu Elnura verdiyini deyib. Məhkəmə zamanı o da aydın olub ki, dəymiş ziyan ödənilib.
Bununla belə, məhkəmə Elnura 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun ev dustaqlığında saxlanıldığı 7 ay 28 gün 1 günə 2 gün hesabı ilə verilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər