Xəbər lenti

Dünya 13:26 25.05.2022

Çinin uyğur türklərinə qarşı cinayətlərinin məxfi sənədləri ifşa olundu (FOTOLAR)

Çin hökumətinin uyğur türkləri və digər dini və etnik azlıqlara qarşı törətdiyi cinayətlərə dair onlarla məxfi sənəd yayımlanıb.

Qayarinfo bu barədə BBC-nin araşdırdığı məlumatlara istinadən xəbər verir

İnformasiya Çin müəssisələrinin gizli informasiya şəbəkəsindən hakerlər tərəfindən ələ keçirilib və xüsusi olaraq bir hissələri BBC tərəfindən araşdırılaraq yayımlanıb.

Sənədlərə görə, Çin hökuməti uyğurları kütləvi miqyasda həbsxanaya salıb və uyğur müsəlmanlarını dini mərasimlərdən uzaqlaşdırmağa çalışaraq, təzyiq göstərib.

Uyğurlarla yanaşı, başqa türk kökənli xalqlar da repressiya və assimiliyasiya siyasətinə məruz qalıb. Onlara verilmiş cəzalar arasında ağır şəraitdə uzun müddət həbs cəzası və həbsdən qaçmağa çalışan insanlara atəş açmaq olub.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyanatında bildirib ki, sızan sənədlərə görə, yerli Sintszyan – Uyğur rəsmiləri insan haqlarının pozulma hallarını ört-basdır etməyə çalışır.

Onun sözlərinə görə, sənədlər bundan əvvəl işfa olunmuş faktları, o cümlədən konsentrasiya düşərgələri, işqəncə, cinsi təcavuz, sürgünetmə və digər insan haqları pozuntularını tamamlayıb, təsdiqləyir.

Yeni sənədlər BMT-nin insan haqları üzrə Ali komissarının Çinə səfəri zamanı dərc edilib. Çin hökuməti dini əqidələrinə görə müsəlmanlara qarşı repressiyaları inkar edərək, islamçı terror qruplarına qarşı mübarizə etdiyini iddia edir.

Çin hökuməti həmçinin bir neçə yüz min müsəlmanın "islah-əmək” adlandırdığı düşərgələrdə həbsini inkar edir.

Çin hökumətinin Sintszyan müsəlmanlarına qarşı siyasəti müxtəlif ölkələrdə etiraza səbəb olub və Qərb ilə yanaşı, bəzi İslam ölkələri, o cümlədən Türkiyə tərəfindən pislənib.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->