Xəbər lenti

Dünyanın ən zəngin şəhəri hansıdır?
Dünya 18:34 08.05.2024

Dünyanın ən zəngin şəhəri hansıdır?

Nyu-York 2024-cü ildə dünyanın ən zəngin şəhərlərinin reytinqində lider olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" "Henley&Partners" konsaltinq şirkətinin məlumatlarına istinadən yazıb.

Onun hesablamalarına görə, paytaxt sakinlərinin ümumi sərvəti 3 trilyon dolları keçib və hər 24-cü şəhər sakininin kapitalı 1 milyon dollardan çoxdur.

Araşdırmaya görə, Nyu Yorkda 350 minə yaxın milyonçu var. Bu, təxminən hər 36-cı şəhər sakininin milyonçu olduğu 2013-cü illə müqayisədə 48% çoxdur. 8,26 milyon əhalisi olan hər 24-cü şəhər sakininin 1 milyon dollardan çox sərvətinin olduğu ortaya çıxır.

Bundan əlavə, Nyu-Yorkda çox varlı insanların - 60 milyarderin və aktivləri 100 milyon dollardan çox olan 744 sakinin yüksək konsentrasiyası var.

Reytinqdə ikinci yeri 305,7 min milyonçu ilə (10 il ərzində 82% artım) San-Fransisko Körfəz Bölgəsi tutub. Üçüncü yerdə Tokio (298,3 min, mənfi 5%), dördüncü yerdə Sinqapur (244,8 min, üstəgəl 64%) və beşinci yerdə London (227 min, mənfi 10%) qərarlaşıb.

"Henley&Partners"ın baş direktoru Yurq Steffen qeyd edib ki, meqapolislərdə milyonerlərin sayının artmasına fond bazarlarının uğuru, o cümlədən "S&P 500" və "Nasdaq" indekslərinin rallisi, həmçinin süni intellekt, robototexnika və blokçeyn texnologiyalarının sürətli inkişafı kömək edib.

Eyni zamanda, son illər bəzi şəhərlərdə milyonçu axını müşahidə olunub. Beləliklə, London qismən "Brexit" səbəbindən varlı sakinlərin 10%-ni, pandemiyadan sonra zənginlərin Sinqapura köçməsi fonunda Honq-Konq isə 4%-ni itirib.

Lakin milyonçuların sayı Çinin Şenzen şəhərində 140%, Banqalor, Ho Mi Minh Siti və Skottsdale (ABŞ) isə iki dəfədən çox artıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->