Xəbər lenti

Corabında dərman oğurlayan
Ölkə 15:07 17.11.2025

Corabında dərman oğurlayan "Zeytun Pharmaceuticals"in işçisi cəzalandırıldı

Böyük apteklər şəbəkəsinə malik "Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsi saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Oğuz rayonunda anadan olmuş Daşqın Əliyev (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilərək məhkəməyə çıxarılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs "Zeytun Pharmaceuticals" MMC-də iadə üzrə mütəxəssis kimi işləyərkən 74 ədəd "Ozemnpik” preparatını oğurlayıb.

Daşqın Əliyev ifadəsində bildirib ki, aylıq 744 manat əmək haqqı alıb və bu məvacib az olduğundan dolana bilməyib, borca düşüb. 2024-cü ilin mart ayından may ayınadək hər gün iki ədəd preparatı corabına qoyaraq müəssisədən çıxarıb və ümumilikdə 74 ədəd Ozemnpik preparatını oğurlayıb. O, dərmanları tanıdığı Murad adlı şəxsə 80–130 manat arasında dəyişən qiymətlərlə satıb və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib. 

Aparılan hesablamalar zamanı 74 ədəd preparatın əskik olduğunu müəyyən edilib və beləliklə, müəssisəyə ümumilikdə 15 068 manat maddi ziyan vurulduğu üzə çıxıb.

Aparılan araşdırma zamanı Daşqın Əliyevin yaxın tanışı Ehtiramdan 6 000 manat pul alaraq, onu Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə işə düzəldəcəyinə söz verdiyi, lakin pulu öz şəxsi ehtiyaclarına xərclədiyi müəyyən edilib.

Məhkəmənin hökmü ilə Daşqın Əliyev 3 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza müddətində Oğuz rayonu ərazisini tərk etməməli və elektron qolbaq taxmalıdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->