Xəbər lenti

Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
Ölkə 16:24 17.11.2025

Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır

Bir neçə ay əvvəl bağlanan "Azadlıq” partiyasının sədri Əhməd Oruc insult keçirib.

Bununla bağlı Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib. 

Onun sözlərinə görə, Ə.Oruc ürəyində ağrılarla bağlı dünən günorta saatlarında Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. O, institutda olarkən insult keçirib.

Oğlu qeyd edib ki, hazırda atasının vəziyyəti ağırdır və reanimasiyadadır.

Xatırladaq ki, bu ilin iyun ayında siyasətçinin oğlu Günxan Oruc vəfat edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->