Xəbər lenti

Ölkə 16:50 17.11.2025

"N 1"in sahibinin tanışı mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi

Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərə "N 1” ərzaq mağazasında oğurluq baş verib. 

Qaynarinfo-nun məlumatına görə, mağazadan 1600 manat nağd pul olmaqla ümumilikdə 6500 manatlıq oğurluq edilib. 

Hadisə barədə polisə məlumat verildikdən sonra oğurluq edən şəxs müəyyən edilərək saxlanılıb. Məlum olub ki, həmin şəxs mağaza sahibinin tanışıdır. 

Ona Cinayət Məcəlləsinin 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq  -  xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Rafail adlı müttəhim özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. Deyib ki, mağazanın şəriki olub. Ortağının ona 900 manat borcu yaranıb. O da borcun əvəzinə mağazadan müxtəlif mallar götürüb. Lakin zərərçəkmiş şəxs isə onun dediklərini təkzib edib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->