Xəbər lenti

Çukotka sahillərində Rusiyanın “kölgə donanması”na aid tanker partladı
Dünya 15:10 26.08.2025

Çukotka sahillərində Rusiyanın “kölgə donanması”na aid tanker partladı

25 avqustda Rusiyanın Çukotka sahillərində "Anadırmorport” ASC-yə məxsus "Onemen” tankerində partlayış baş verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə dəniz limanının administrasiyası məlumat yayıb.

Bildirilib ki, Anadırdan 110 km aralıda gəmiyə yanacaq buxarlarının sıxılması nəticəsində "xarakterik səs” eşidilib, lakin yanğın baş verməyib. Hadisə zamanı kapitan və ekipaj üzvü xəsarət alaraq xəstəxanaya aparılıb. Liman rəhbərliyi qeyd edib ki, gəminin hermetikliyi pozulmayıb və yanacaq sızması olmayıb.

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi 26 avqustda açıqlama yayaraq bildirib ki, "Onemen” Rusiyanın "kölgə donanmasına” daxildir və partlayış sanksiyalara görə rusların əldə edə bilmədiyi ehtiyat hissələri və texniki xidmətin çatışmazlığından baş verib.

"Partlayışlar, yanğınlar və neft və ya toksik maddə sızmaları Kremlə sanksiya təzyiqini aşmaq üçün qurduğu "kölgə logistikası”nın birbaşa nəticəsidir”, – deyə mərkəzin bəyanatında qeyd olunub.

Qeyd edək ki, 2 iyulda "Financial Times” Rusiyaya daxil olan tankerlərdə baş verən "sirli” hücumlarla bağlı yazmışdı. Nəşr məlumatına görə, həmin insidentlərdə Ukraynadan şübhələnilirdi. FT ümumilikdə beş belə hadisə qeydə alıb.

Bundan əlavə, 6 iyulda Leninqrad vilayətinin Ust-Luqa dəniz limanında "Eco Wizard” tankerində yükləmə işləri zamanı maye ammonyak sızması baş verib. Rusiya Teleqram kanalı "MNS | Moskva. Novosti. Sobıtiya” isə mənbələrə istinadla tankerdə ammonyak vurulması zamanı partlayış olduğunu yazmışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->