Xəbər lenti

Tramp DSA ilə bağlı Aİ rəsmlərinə qarşı sanksiya tətbiq edə bilər -
Dünya 17:10 26.08.2025

Tramp DSA ilə bağlı Aİ rəsmlərinə qarşı sanksiya tətbiq edə bilər - "Reuters"

ABŞ Prezidenti Donald Trampın administrasiyası, Rəqəmsal Xidmətlər Aktının (DSA) icrasına cavabdeh Avropa İttifaqı rəsmilərinə və ya üzv dövlətlərə qarşı sanksiya tətbiq etməyi nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” yazır. 

ABŞ-ın fikrincə, yeni qaydalar amerikalıların söz azadlığını məhdudlaşdırır və ABŞ texnologiya şirkətləri üçün əlavə xərclər yaradır.

Hələlik qərar qəbul olunmayıb, amma mümkün tədbirlər arasında viza məhdudiyyətləri ola bilər. Hansı rəsmlərin sanksiyaya məruz qalacağı hələ açıqlanmayıb. Əvvəllər dövlət katibi Marko Rubio ABŞ diplomatik nümayəndələrinə DSA-ya qarşı kampaniya aparmaq və qanunun dəyişdirilməsi və ya ləğv edilməsi tapşırığını vermişdi.

DSA interneti daha təhlükəsiz etmək üçün texnologiya şirkətlərini qanunsuz məzmunla mübarizə aparmağa, o cümlədən nifrət nitqi və uşaqlara qarşı cinsi zorakılıq materiallarını aradan qaldırmağa məcbur edir. Aİ isə senzura ittihamlarını rədd edir və söz və informasiya azadlığının qorunduğunu vurğulayır.

Bundan əlavə, Tramp, əgər bu qanunlar ləğv edilməsə, rəqəmsal vergiləri tətbiq edən ölkələrə əlavə gömrük rüsumları və ABŞ texnologiyalarının ixracına məhdudiyyətlər tətbiq etməklə hədələyir. Administrasiya bildirir ki, Aİ-nin bu addımları bazar tənzimləməsindən daha çox konservativ səsləri məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirilir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->