Amerikalı aktrisa Dakota Conson və məşhur "Coldplay" qrupunun solisti Kris Martin səkkiz illik münasibətlərinə son qoyublar.
Qaynarinfo xəbər verir ki, onlar şəxsi həyatları barədə rəsmi açıqlama verməsələr də, mənbələr ayrılığın mümkün səbəblərini artıq açıqlayıblar.
"Page Six" nəşrinin yazdığına görə, cütlüyün yollarını ayırmasına bir neçə amil təsir edə bilər: Krisin ailə qurmaqda tələsməməsi, ümumiyyətlə, birgə övlad sahibi olmaq istəməməsi və aralarındakı yaş fərqi münasibətlərə mane olub.
Mənbə bildirib ki, Dakota gələcəkdə uşaq sahibi olmağı düşünə biləcəyini deyib, lakin Kris bu mərhələni artıq geridə qoyduğunu bildirib. Xatırladaq ki, Kris Martin daha əvvəl aktrisa Qvinet Peltrovla olan münasibətindən iki övlad sahibidir.
Həmçinin, cütlük arasındakı 13 illik yaş fərqi də münasibətlərə təsirsiz ötüşməyib. "Onlar münasibətləri qaydaya salmağa həqiqətən çalışırdılar, amma yaş fərqi tez-tez problemə çevrilirdi", deyə mənbə əlavə edib.
Qeyd edək ki, Dakota və Kris 2017-ci ildən münasibətdə idilər. 2019-cu ildə ayrılıq xəbərləri yayılmışdı, lakin cütlük sonradan barışmışdı. 2020-ci ildə nişanlansalar da, toy baş tutmamışdı.
Aydın
Şərhlər