Xəbər lenti

İdman 12:40 12.07.2023

Daha bir ulduz Səudiyyə Ərəbistanına gedir

"Tottenhem"dən ayrılan Lukas Moura da Səudiyyə Ərəbistanına yollanmaq niyyətindədir.

Qaynarinfo xarici mətbuata istinadən məlumat verir ki, İngiltərə klubundakı beşillik macərasını başa vuran Moura Avropadan gözlədiyi təklifləri almadığı üçün ərəb klublarından birinə keçməyə hazırlaşır.

30 yaşlı futbolçunun iki Səudiyyə Ərəbistanı komandası ilə əlaqə saxladığı və danışıqlarda ciddi irəliləyiş əldə olunduğu qeyd edilsə də, sözügedən klubların adları açıqlanmayıb. Təcrübəli futbolçunun qısa müddətdə seçimini edəcəyi gözlənilir. 2022-23 mövsümündə "Tottenhem"in heyətində ümumilikdə 19 matça çıxan vinger cəmi bir qolla yadda qalıb.

"Tottenhem" 2017-18 mövsümündə Mouranı 28,4 milyon avroya transfer etmişdi.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?