Xəbər lenti

DÇ-2026: İngiltərə Norveçə qalib gəldi, yarımfinala çıxdı
İdman 04:40 12.07.2026

DÇ-2026: İngiltərə Norveçə qalib gəldi, yarımfinala çıxdı

Futbol üzrə dünya çempionatında İngiltərə Norveçə qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, Mayami stadionunda keçirilən matçda ingilislər 2:1 hesablı qələbə qazanıblar.

Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.

İngilislərin heyətində Cud Bellinqem (45+2, 93) dubl edib. Skandinaviyalıların tək qolu isə Andreas Şelderuldan (36) gəlib.

Qeyd edək ki, İngiltərə seçməsi yarımfinalda Argentina - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->