Qətərdə keçirilən dünya çempionatında bir ilk yaşanacaq.
	
Qaynarinfo-nun məlumatına görə, FIFA E qrupunun III turunun Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.
	
Fransalı Stefani Freppart sözügedən oyunda əsas idarəedici olacaq.
 
	
Ona həmcinsləri – braziliyalı Neuza Bek və meksikalı Karen Diaz Medina laynsmanlar qismində yardımçı olacaqlar.
	
Matçın dördüncü hakimi honduraslı Said Martinez təyin edilib.
	
Qeyd edək ki, Almaniya – Kosta Rika oyunu dekabrın 1-də, saat 23:00-da başlayacaq.
             
            
Şərhlər