Dələduzluqda təqsirlənidirilən "Alfa Tikinti Təmir” şirkətinin rəhbəri Pərviz Rzayevə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Pərviz Rzayev bir neçə nəfərdən pul alaraq onlara mənzil tikəcəyini vəd edib. Lakin vədinə əməl etməyib.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra Pərviz Rzayev saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.2(Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Şirkət rəhbəri məhkəmədə verilmiş ittihamla özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə Pərviz Rzayevə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 6 ay 10 gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində 1 il 11 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
"Alfa Tikinti Təmir” MMC 26 dekabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır.
Seyid
Şərhlər