"Artıq qalib dövlət kimi məğlub etdiyimiz Ermənistana bəzi köməklik etməliyik. Bizim Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycanda doğulmuş şəxslər Azərbaycan vətəndaşı hesab edilir".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat vurğulayıb ki, eyni zamanda Qarabağda doğulmuş şəxslərə də bu aiddir:
"Azərbaycan vətəndaşlığı məsələsi Qarabağa sonradan köçürülənlərə aid olmalmaıdır".
Deputat təqvimdən bütün matəm günləri çıxarılmasını da təklif edib:
"Qalib dövlətin ancaq qələbə günləri olmalıdır. Matəm günlərinin təqvimdən çıxarılmasına baxılmalıdır".
Qafqaz Rafiqoğlu
Şərhlər