Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin məlumatı
Ekonomiks 17:33 28.10.2025

Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin məlumatı

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.   

Bununla bağlı, Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
 


Xəbərdarlığa əsasən, oktyabrın 29-u  günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək. 

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün  2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.
 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->