Xəbər lenti

Faydalı olan ultra emal olunmuş qidalar varmı? - Bunlara diqqət edin
Sağlamlıq 18:15 28.10.2025

Faydalı olan ultra emal olunmuş qidalar varmı? - Bunlara diqqət edin

Cips, peçenye və keks kimi məhsulların həddindən artıq emal olunmuş qidalar kateqoriyasına daxil olduğu və onların piylənmə ilə erkən ölüm riskini artırdığı bildirilir. Bəs şüşə qabda satılan souslar, konservləşdirilmiş şorbalar və ya tərəvəzli hazır yeməklər üçün də bu keçərlidirmi?

Qaynarinfo xəbər verir ki, Britaniyada insanların enerji tələbatının 50 faizindən çoxunun ultra emal olunmuş qidalardan qarşılandığı qeyd olunur. Bu qidalar sırasında sənaye səviyyəsində istehsal edilən səhər yeməyi üçün dənli qarışıqlar, souslar, bişmiş məhsullar və hazır yeməklər də yer alır.

Bu məhsullar gizli şəkər, duz və yağla zəngin ola bilər. Onları mütəmadi qəbul etmək piylənmə və erkən ölüm riski ilə əlaqələndirilir. Lakin diyetoloq və qidalanma mütəxəssisi Ro Huntriss bəzi hallarda bu tip qidaların da faydalı ola biləcəyini bildirir.

Huntriss deyir: "Əksər qidalar müəyyən dərəcədə emal olunur, məsələn, daha uzun müddət saxlamaq üçün. Amma ‘ultra emal olunmuş’ termini adətən tərkibində tanımadığınız çoxsaylı maddələr olan məhsullara aiddir. Bu qidalar tatlandırıcılar, rəngləndiricilər, stabilizatorlar və qoruyucularla zəngin olur".

Mütəxəssis qeyd edir ki, bu məhsulların son formasını əldə etmək üçün çoxsaylı texnoloji mərhələlərdən keçməsi onların qidalanma dəyərini azalda bilər. Lakin bütün ultra emal olunmuş məhsullar eyni dərəcədə zərərli deyil.

Huntriss bəzi faydalı nümunələri belə sadalayır:

* Əlavə şəkərsiz, tam taxıllı səhər yeməyi qarışıqları: "B vitamini, kalsium və dəmir kimi maddələrlə zənginləşdirilir və ürək-damar sağlamlığına, bağırsaq funksiyasına və qan şəkərinin tənzimlənməsinə töhfə verir".

* Konservləşdirilmiş lobya: "Bitki mənşəli protein və liflə zəngindir, az yağlıdır və gündə qəbul edilməli olan beş növ tərəvəz və meyvədən biri ola bilər".

* Qablaşdırılmış tam buğda çörəyi: "Tam taxılın tərkibindəki liflər və antioksidantlar bir çox xroniki xəstəliklərin riskini azaldır".

* Dadlandırılmamış soya və ya bitki əsaslı içkilər: "Kalsium və vitaminlərlə zənginləşdirilmiş versiyaları inək südü qədər faydalı ola bilər və sümük sağlamlığını dəstəkləyir".

Etiketdə nələrə baxmalı?

Huntriss xəbərdarlıq edir ki, bəzi ultra emal olunmuş məhsullar enerji baxımından yüksək olsa da, lif baxımından kasaddır və çoxlu əlavə şəkər, duz və doymuş yağ ehtiva edir. Bu səbəbdən, onların çox istehlakı məsləhət görülmür. O bildirir ki, aparılan tədqiqatlar ultra emal olunmuş qidalarla piylənmə, ürək-damar xəstəlikləri və xərçəng arasında birbaşa əlaqə tapıb.

Bəs hər şey "zərərli qida” sayılmalıdırmı?

Huntriss hesab edir ki, ara-sıra belə məhsulların qəbulu sağlamlığa ciddi zərər vurmaz, əsas məsələ balanslı qidalanmadır. Onun sözlərinə görə, əsas qayda ultra emal olunmuş məhsulları gündəlik qidalanmanın bir hissəsinə çevirməməkdir.

O həmçinin qeyd edir ki, supermarketlərdə yüksək yağ, duz və şəkər tərkibli qidaların az, sağlam məhsulların isə daha çox təbliği vacibdir. Huntriss sağlam qidalanma üçün aşağıdakı prinsipləri məsləhət görür:

* Tam taxıllar
* Meyvə və tərəvəzlər
* Çərəzlər və toxumlar
* Yağsız protein
* Bitki mənşəli və ya balıqdan alınan doymamış yağlar
* Süd məhsulları və ya kalsiumla zəngin alternativlər
* Məhdud miqdarda duz qəbulu
* Yetərli su içmək

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->