Xəbər lenti

İsa Məsih əslində necə görünürmüş? - Alimlər inanılmaz kəşf etdilər
Dünya 22:40 28.10.2025

İsa Məsih əslində necə görünürmüş? - Alimlər inanılmaz kəşf etdilər

Tarixçilərin fikrincə, İsa Məsih tez-tez səhv təsvir olunur, xilaskarın obrazına ona aid olmayan və ola bilməyəcək xüsusiyyətlər əlavə edilir. Lakin bəzi detallar onun görünüşü ilə tarixi məlumatlara uyğundur. Tarixi və arxeoloji məlumatları analiz edən alimlər müəyyən ediblər ki, İsa Məsihin gözləri hansı rəngdə olub, üzündə saqqal və uzun saçları olubmu. ABŞ-da cərrah-stomatoloq olan, əvvəllər tibb sahəsində uğurla çalışmış və indi özünü ilahiyyat tədqiqatlarına həsr etmiş doktor Con Sottosanti İtaliyada Turin səmaçısının sərgisinə baş çəkərkən sensasion kəşf etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” yazır.

"Daily Mail” qeyd edir ki, Xristian ənənəsinə görə, çarmıxa çəkilmədən sonra İsanın bədərinə sarınmış qədim kətan parçası qarşısında dayanan alim, az görünən insan dişlərinin konturlarının fərqinə varıb.

Hələ elmi rəy qurumundan keçməyən yeni tədqiqatında Sottosanti qeyd edir ki, o, aşağı çənənin kəsici dişlərini ayırd edə bilib - bu, ölümdən sonra çənə əzələlərinin boşaldığına və dişləri açdığına dair bir əlamətdir.

"Ölümdən dərhal sonra bədənin əzələləri, o cümlədən çənə əzələləri boşalır. Bu, çənənin sallanmasına və dişlərin görünən hala gəlməsinə səbəb ola bilər", - deyə o izah edib.

Lakin onun ən iddialı tezisi başqadır: Sottosanti hesab edir ki, dişlərin təsviri Diriliş anında yaranan güclü radiasiya enerjisi partlayışı nəticəsində meydana gələ bilər.

"Əgər dişlər həqiqətən də görünürsə, bu, parçanın üzərində qeydə alınmış Diriliş zamanı enerji partlayışı nəzəriyyəsini təsdiq edir", - deyə tədqiqatçı bəyan edib.

Şübhə və ilkin müşahidələr

Cərrahın vəcdinə bütün alimlər qoşulmur. İmmunoloq Kelli Kirs qeyd edir ki, "görünən dişlər məsələsi" artıq bir neçə onillikdir mübahisəli qalır və parçanın toxuması səbəbindən real konturları kölgə və toxuma naxışlarından fərqləndirmək çətindir.
Bununla belə, Sottosanti bir sıra əvvəlki işlərə - xüsusilə də, kəfənin üzərindəki təsvirin bədənin daxilindən gələn rentgen şüalanması ilə yaradıla biləcəyini irəli sürən (1982) kimyaçı Ciles Karterin tədqiqatına istinad edir.

Həmçinin 1990-cı illərdə tədqiqatçı əzililər Alan və Meri Vanqer qütbləşdirmə yolu ilə görüntülərin üst-üstə düşməsi metodunu işləyib hazırladılar və kəfəndə görünən kökləri olan 20-yə qədər diş gördüklərini bildirdilər.

Əsrlərin mistik izi

Turin kəfənində İsanın çarmıxa çəkilməsinin təsvirlərinə uyğun gələn yaraları olan bir kişinin solğun izi görünür: deşilmiş biləklər, deşilmiş yan və tikanlı tacın izləri.

Baxmayaraq ki, 1980-ci ildə aparılan radiakarbon tarixləndirmə parçanın yaşını 1200-1400-cü illər arasında müəyyən etdi, bir çox mütəxəssis tədqiq olunan nümunənin daha sonrakı bərpanın hissəsi olduğunu düşünür.

Cəngavər Jofroya de Şarninin kəfəni XIV əsrdə ictimaiyyətə təqdim etdiyi andan etibarən, o, tarixçiləri, ilahiyyatçıları və şübhəçiləri həyəcanlandırmaqdan əl çəkmir.

"Mənim gördüyüm sadəcə anatomik detal deyil. Bu, fizikanın hüdudlarını aşan enerji izidir", - deyə Sottosanti yekunlaşdırıb.

Alpər


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->