XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dünya Bankı: Azərbaycanda xidmət sektorunun liberallaşdırılması ÜDM-i 3 % artıra bilər
Ekonomiks13:40 06.10.2026

Dünya Bankı: Azərbaycanda xidmət sektorunun liberallaşdırılması ÜDM-i 3 % artıra bilər

Azərbaycanda xidmətlər sektorunun liberallaşdırılması üzrə islahatların aparılması ümumi daxili məhsulun (ÜDM) əlavə 3 % səviyyəsində artımını təmin etməyə qadirdir.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Stiv Loris Gi-Dibi (Steve Loris Gui-Diby) Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" tədbiri çərçivəsində bildirib.

"Xidmətlər sahəsi son on ildə Azərbaycanın iqtisadi artımının əsas amili kimi çıxış edib. Son dövrlərdə rəqəmsal xidmətlərin ixracında da artım qeydə alınır. Buna baxmayaraq, hesab edirik ki, xidmətlər ticarətindəki tənzimləyici maneələr səbəbindən bu göstərici hələ də öz potensialına çatmır. Normativ mühitin təhlili göstərdi ki, islahatların həyata keçirilməsi və qeyd olunan məhdudiyyətlərin aradan qaldırılması ÜDM-ə əlavə 3 % qazandıra bilər", - Dünya Bankının nümayəndəsi vurğulayıb.

O izah edib ki, söhbət qüvvədə olan normativ-hüquqi bazada təsbit olunmuş hüquqi məhdudiyyətlərdən gedir. Bu məhdudiyyətlərin praktikada tətbiqi də nəzərə alındıqda, iqtisadi təsir daha böyük ola bilər.

S. Gi-Dibi qeyd edib ki, ölkənin hazırkı iqtisadi artım templəri təqribən 1,2-1,3 % təşkil edir və əsasən qeyri-neft sektoru hesabına təmin olunur, halbuki bir neçə il bundan əvvəl bu göstərici 4-5 %-ə çatırdı.