Çin malların istehsalını daxili tələbdən daha çox artırdığı üçün dünya ikinci dəfə Çin idxalının axını ilə üzləşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" iqtisadçıların proqnozlarına
istinadən yazıb.
1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində dünya Çin istehsalı olan ucuz malların idxalında bum yaşayıb və bu, "Çin şoku" adlandırılırdı. Bu, bir sıra liberal islahatlar və Çinin Ümumdünya Ticarət Təşkilatına daxil olması nəticəsində baş verib. Nəticədə ABŞ bazarında istehlak qiymətləri aşağı düşüb, lakin eyni zamanda bir çox yerli sənayelər müflis olub.
Çin indi iqtisadi artımı canlandırmaq üçün ixracı ikiqat artırır. MIT iqtisadiyyat professoru David Autor əmindir ki, Qərb ölkələrinin bu dəfə təşviş üçün hər cür əsası var, çünki hazırkı şəraitdə Çin yüksək texnologiyalı məhsullar bazarında rəqabət aparır.
Aydın
Şərhlər