Milyonlarla insan dünyada sevdiyi qəlyanaltı və qarnir kimi fri kartofu tez-tez istehlak edir – hamburger, ət yeməkləri və ya sürətli nahar üçün. Lakin əczaçı və tibb jurnalisti Sento Segarra xəbərdarlıq edir ki, bu məhsulun çox tez-tez yeyilməsi sağlamlığa ciddi zərər verə bilər.
Qaynarinfo xəbər verir ki, kartof özü olduqca faydalıdır: lif, kalium və vitaminlərlə zəngindir. Problem onun bişirilmə üsulundadır. Yüksək temperaturda (120°C-dən yuxarı) yağda qızardıldıqda kartofda akrilamid adlı birləşmə əmələ gəlir. EFSA-nın (Avropa Qida Təhlükəsizliyi Agentliyi) 2015-ci il hesabatına görə, akrilamid yüksək dozada xərçəng riskini artırır.
Bundan əlavə, qızartma zamanı AGE (son məhsulların qlikozilasiyası) əmələ gəlir. Bu birləşmələr iltihab proseslərini gücləndirə və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Ketçup da vəziyyəti pisləşdirir: əksər market məhsullarında qlükoza-fruktoza siropu və əlavə nişasta var. Qızardılmış kartofla birlikdə bu, qanda şəkərin sürətlə yüksəlməsinə, iltihabi reaksiyaların artmasına və metabolik problemlərə yol açır.
Seqarra vurğulayır ki, fri kartof qadağan olunmuş məhsul deyil, sadəcə onun istehlakı mülayim olmalıdır. Həftədə 1–2 dəfə, tərəvəzlə birlikdə və mümkün qədər sobada, hava fritözündə və ya qabığında bişirilsə, sağlamlığa ciddi təhlükə yaratmır.
Əks halda, həftədə iki dəfədən çox və yağda qızardaraq yemək ürək-damar xəstəlikləri, metabolik pozğunluqlar və çəki artımı riskini yüksəldir.
Aydın
Şərhlər