Xəbər lenti

Əhalinin istehlak xərcləri 69 milyard manatı ötdü
Ekonomiks 12:41 23.06.2025

Əhalinin istehlak xərcləri 69 milyard manatı ötdü

2024-cü ildə Azərbaycanda əhalinin ümumi xərcləri əvvəlki illə müqayisədə 6.1% artaraq 81 milyard 90.2 milyon manat təşkil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən il əhalinin son istehlak xərcləri 5% artaraq 69 milyard 346.1 milyon manata bərabər olub.

Xatırladaq ki, 2024-cü ildə əhalinin nominal gəlirləri 6.4% artaraq 83 milyard 93.4 milyon manat təşkil edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->