Xəbər lenti

Şəhid atası vəfat etdi
Ölkə 14:50 14.12.2025

Şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi Mehti Şıxəliyevin atası Yalçın Şıxəliyev vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, mərhum bu gün Hacıqabul rayonunun Meyniman kənd qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, "Mixaylo” ləqəbli, 1996-cı il təvəllüdlü Mehti Şıxəliyev kiçik gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edib. O, 2020-ci il noyabrın 10-da Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz ölümündən sonra "Qarabağ” ordeni, eləcə də "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->