Xəbər lenti

Dünya 16:46 18.10.2025

"El Pais": Aİ Macarıstan görüşünü siyasi kabus hesab edir

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Macarıstanda gözlənilən ikitərəfli danışıqlar Avropa İttifaqında (Aİ) "siyasi kabus” adlandırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın "El Pais” qəzeti öz mənbələrinə istinadən yazıb.

Qəzetin mənbələrinə görə, sammitin Budapeştdə keçirilməsi qərarını Avropaya təhqir kimi qiymətləndirmək olar. Qəzet qeyd edir ki, planlaşdırılan görüş Avropa liderlərini və NATO-nu (Macarıstanın üzvü olduğu) "yöndəmsiz vəziyyətdə" qoyur, çünki hərbi münaqişə Aİ ölkəsində, lakin İttifaqın iştirakı olmadan müzakirə olunacaq.

Oktyabrın 16-da Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı olub. Təxminən iki saat davam edib. Prezidentlər Ukraynadakı münaqişəni müzakirə ediblər. Söhbətdən sonra onlar bu il ikinci təkbətək görüşlərini keçirmək barədə razılığa gəliblər. Tarix hələ məlum deyil, lakin yer razılaşdırılıb: Macarıstan. Kreml ölkənin "qarşılıqlı qərarla” seçildiyini bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->