Xəbər lenti

Kralının qardaşı Epşteynlə əlaqəsinə görə titulundan imtina edəcək
Dünya 15:05 18.10.2025

Kralının qardaşı Epşteynlə əlaqəsinə görə titulundan imtina edəcək

Böyük Britaniya kralının qardaşı şahzadə Endryu pedofiliyada ittiham olunan iqtisadçı Cefri Epşteynlə əlaqələrinə görə York hersoqu titulundan imtina edəcəyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, şahzadənin sözləri Bukingem Sarayının mətbuat xidmətinin yaydığı bəyanatda yer alıb.

"Böyük Britaniya kralı, həmçinin yaxın və uzaq qohumlarımla aparılan müzakirələr zamanı biz belə bir nəticəyə gəldik ki, mənə qarşı davam edən ittihamlar Əlahəzrət və kral ailəsinin diqqətini yayındırır. Mən, həmişə olduğu kimi, ailə və ölkə qarşısındakı vəzifəmi birinci yerə qoymaq qərarına gəldim. Beş il əvvəl ictimai həyatdan uzaqlaşmaq qərarıma sadiq qalıram. Əlahəzrətin razılığı ilə, hesab edirik ki, indi daha bir addım atmalıyam. Buna görə də artıq titulumdan və mənə verilmiş imtiyazlardan istifadə etməyəcəyəm. Daha əvvəl də dediyim kimi, mənə qarşı irəli sürülən ittihamları qətiyyətlə inkar edirəm", deyə şahzadə Endryu bəyan edib.

11 oktyabrda Britaniya mətbuatı şahzadə Endryu ilə məşhur amerikalı iqtisadçı Epşteynin şəxsi yazışmalarının bir hissəsini dərc edib. Məlumatlardan belə müəyyən olunur ki, Endryu, yetkinlik yaşına çatmayan bir qızla fotoşəkiliinin dərc olunması ətrafında qalmaqalı birlikdə aradan qaldıracaqları barədə Epşteynə söz verib.

Epşteynə qarşı 2002-2005-ci illər ərzində onlarla yetkinlik yaşına çatmayan qızları Nyu-Yorkun Menhettendəki evinə və şəxsi adasına dəvət etdiyi ittihamı irəli sürülmüşdü - istintaq müəyyən edib ki, dəvət olunan qızların ən gənci 14 yaşında olub. 2019-cu ilin avqustunda maliyyəçi yarıhuşsuz vəziyyətdə həbsxana kamerasında tapılıb, lakin onu xilas etmək mümkün olmayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->