Xəbər lenti

Elçin Məsiyev Çempionlar Liqasında
İdman 11:47 17.07.2026

Elçin Məsiyev Çempionlar Liqasında

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

Qaynarinfo xəbər verir ki, o, II təsnifat mərhələsində Serbiyanın "Srvena Zvezda" və Şimali İrlandiyanın "Larn" komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək. Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. VAR hakimi Kley Ruperti (Niderland), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, iyulun 29-da Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->