Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Xatirə Süleymanova əməliyyat olunub.
Bu barədə Qaynarinfo-ya teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib.
O bildirib ki, aktrisanın vəziyyəti stabildir: "Xatirə xanım əməliyyat olundu. Artıq reanimasiya şöbəsindən palataya köçürülüb. Hazırda xəstəxanada müalicəsi davam edir. Kollektiv olaraq iyulun 2-də onu ziyarət etdik. Özünü yaxşı hiss edirdi. Həmçinin həkimlər də əməliyyatın uğurla keçdiyini və nəticələrin müsbət olduğunu bildiriblər".
Qeyd edək ki, bir neçə gün əvvəl Xatirə Süleymanovanın səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Həkimlər ona mədə-bağırsaq sistemi ilə bağlı diaqnoz qoyublar.
Bahar Rüstəmli
Şərhlər