Əməkdar artist Yusif Mustafayev onu sosial şəbəkələrdə tənqid edənlərə cavab verib.
Müğənni Qaynarinfo-ya açıqlamasında sosial şəbəkə izləyicilərinə çağırış edib:
"Kənddə yaşayıram. Həyat yoldaşımın 70-ə yaxın yaşı var. And olsun Allaha ki, elə bir söz deməmişəm. Şərləyirlər məni. Həyat yoldaşımın savadı yoxdur. Yaşlı qadındır. İşləmək üçün savad olmalıdır. Bütün rayon camaatı bilir ki, kənddə iş yoxdur, ailə həmişə evdə olub. Adımdan yazıblar ki, guya qadının işləməməli olduğunu demişəm. Mən belə bir söz deməmişəm. Demədiyin bir fikirə görə də məni sosial şəbəkədə tənqid edirlər. Nə danışıram dərhal hədəfə alırlar, özüm də donub qalmışam. Bir araşdırın ki, mən belə bir fikir demişəm, ya yox.
Belə bir dövrdə qadın niyə işləməsin ki? Oxuyub, təhsil alan qadınlar var. Balalarıma demişəm ki, qoy bütün uşaqlarınız oxusun və sonra da işləsinlər. Hazırda hamısı müəllim yanına gedir, savadlı nəvələrim var. Mən özüm də çoxuşaqlı ailədə doğulmuşam. 10 uşaq olmuşuq, atam sürücü olub".
Qeyd edək ki, Əməkdar artist Yusif Mustafayev verilişlərin birində səsləndirdiyi fikirlərə görə tənqid olunub. O, guya həmin verilişdə qadınların işləməsinə müsbət baxmadığını ifadə edib:
"Mən köhnə kişilərdənəm, bizdə qadınların işləməsi söhbəti qəti ola bilməz. Onun xətrinə dəyəcək heç nə etmirəm, Allahdan qorxuram”.
Bahar Rüstəmli
Şərhlər