Xəbər lenti

Ukrayna Avropanın hər yerində Rusiya ilə əlaqəli hədəflərə zərbə endirə bilər - Baş nazir
Dünya 14:46 26.10.2025

Ukrayna Avropanın hər yerində Rusiya ilə əlaqəli hədəflərə zərbə endirə bilər - Baş nazir

Polşa Baş naziri Donald Tusk bildirib ki, Ukrayna Rusiya ilə müharibəni daha iki-üç il davam etdirməyə hazırdır, lakin münaqişənin onilliklər boyu davam edə biləcəyindən qorxur.

Qaynarinfo xəbər verir ki, bundan əlavə, onun sözlərinə görə, Kiyev ölkənin müharibəyə nə qədər davam gətirə biləcəyindən narahatdır - həm insan itkiləri, həm də iqtisadiyyat baxımından.

"Ukraynanın müstəqil dövlət olaraq qalacağına şübhəm yoxdur. İndi əsas sual nə qədər qurbanın olacağıdır. Ukrayna Prezidenti Volodimir Zelenski mənə dedi ki, müharibənin on il davam etməyəcəyinə ümid edir, amma Ukrayna daha iki-üç il döyüşməyə hazırdır”, deyə o, "The Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Maraqlıdır ki, Tuskun Ukraynanın Avropanın istənilən yerində Rusiya ilə əlaqəli hədəflərə zərbə endirmək hüququna malik olduğunu açıqlayıb. Bu açıqlama Varşava məhkəməsinin Almaniyanın 2022-ci ildə "Şimal Axını 1” və "Şimal Axını 2” qaz kəmərlərini partlatmaqda ittiham olunan ukraynalı dalğıcın ekstradisiyası tələbini rədd etməsindən sonra verilib.

Tusk qeyd edib ki, tammiqyaslı müharibə Rusiya iqtisadiyyatını məhv edir və onun sözlərinə görə, neft şirkətlərinə qarşı yeni ABŞ sanksiyaları fonunda uzunmüddətli perspektivdə sağ qalmaq şansı yoxdur və dramatik problemlərlə üzləşir.

"Könüllülər koalisiyası”nın iclasından sonra Avropa liderləri Milad bayramına qədər Ukraynaya dondurulmuş Rusiya aktivlərinə çıxış imkanı vermək qərarının veriləcəyinə ümid etdiklərini bildiriblər. Britaniya xarici işlər maziri İvet Kuper müttəfiqlərini dərhal hərəkətə keçməyə çağırıb: "Rusiya pullarına əl atmalıyıq. Sanksiyalar işə düşdüyü üçün Putini danışıqlara sövq etmək üçün iqtisadi təzyiqi artırmağın vaxtıdır".

Lakin Polşa Baş nazirinin sözlərinə görə, daxili qeyri-sabitlik Putini daha da aqressivləşdirəcək və ABŞ Prezidenti Donald Trampın Moskvaya qarşı yeni sərt yanaşmasının nə qədər davamlı olacağı hələlik məlum deyil.

"Ruslar dərin iqtisadi böhran içindədirlər. Bəs qalib gəldiyimizi deyə bilərikmi? Qətiyyən yox. Onların Qərb, xüsusən də Avropa üzərində bir ciddi üstünlüyü var: onlar döyüşməyə hazırdırlar. Müharibə dövründə isə bu, həlledici amildir. Döyüşməyə və ya heç olmasa bir şeydən imtina etməyə hazır deyilsinizsə, qalib gələ bilməzsiniz", deyə o vurğulayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->