Xəbər lenti

Endokrinoloq: Nəzarətsiz D vitamini qəbulu sağlamlıq üçün təhlükəlidir
Sağlamlıq 16:53 24.03.2026

Endokrinoloq: Nəzarətsiz D vitamini qəbulu sağlamlıq üçün təhlükəlidir

Rusiyanın Səhiyyə Nazirliyinin terapiya və profilaktik tibb üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin endokrinoloqu və diyetoloqu Anastasiya İqnatiadi "İzvestiya” qəzetinə açıqlamasında D vitamininin həkim məsləhəti və müvafiq analizlər olmadan qəbulunun ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, mütəxəssisin sözlərinə görə, son dövrlərdə D vitamininə maraq insanların bu vitaminin faydaları barədə daha çox məlumatlı olması ilə artıb. Lakin bununla yanaşı, nəzarətsiz özünümüalicə halları da çoxalıb. Bir çox insan yalnız özünü daha yaxşı hiss etmək məqsədi ilə bu vitamini qəbul etməyə başlayır və bu zaman hipervitaminoz kimi təhlükəli nəticələri nəzərə almır.

Həkim xəbərdarlıq edib ki, D vitamininin həddindən artıq qəbulu hiperkalsemiyaya, böyrək və ürək-damar sistemində pozuntulara, eləcə də digər ciddi fəsadlara səbəb ola bilər.

Onun sözlərinə görə, D vitamininin, xüsusilə yüksək dozalarda qəbulu yalnız həkim məsləhəti ilə və qanda 25(OH)D səviyyəsi müəyyən edildikdən sonra aparılmalıdır. Ən yaxşı sorulan forma isə D3 vitaminidir.

Mütəxəssis həmçinin əlavə edib ki, preparat seçərkən onun dozası, istehsalçı şirkət və qeydiyyat şəhadətnaməsinin mövcudluğu nəzərə alınmalıdır. Saxlanma müddəti və tərkib də mühüm əhəmiyyət daşıyır.

Aydın

--> -->