Xəbər lenti

Nəhəng dişləri var: Dünyanın ən böyük meymunu hansıdır?
Dünya 16:22 24.03.2026

Nəhəng dişləri var: Dünyanın ən böyük meymunu hansıdır?

Ekvatorial Afrikanın tropik meşələrində yaşayan nadir canlı – mandril – bütün meymunlar arasında ən böyüyü və bəlkə də ən rəngarəngidir. 

Qaynarinfo xəbər verir ki, nu barədə "Discover Wildlife" yazır.

Erkək mandrillər ("Mandrillus sphinx") təxminən 30 kiloqram çəkir və dişilərdən üç dəfə ağır olur. Onlar qızılı yal, eləcə də üz və arxa nahiyələrində parlaq mavi və qırmızı rəngli çıxıntılarla seçilirlər.

Qeyd olunur ki, dərinin rəngi və naxışı erkəklərə sosial statuslarını nümayiş etdirməyə kömək edir. Bu xüsusiyyət həm digər erkəklərə güc siqnalı verir, həm də potensial dişilərə onların genetik sağlamlığı barədə məlumat ötürür. Fiziki toqquşmaların ciddi yaralanma və ya ölümlə nəticələnə biləcəyi bir mühitdə bu cür vizual siqnallar həyati əhəmiyyət daşıyır.

Məqalədə bildirilir ki, mandrillərin dişləri primatlar arasında ən uzun dişlərdən hesab olunur. Bu dişlər əsasən dominantlıq uğrunda rəqabətdə istifadə edilir, lakin onların təhlükəli olmasına baxmayaraq, real döyüşlər nadir hallarda baş verir.

Əksər qarşıdurmalar zorakılıq olmadan həll olunur. Erkəyin rəngi onun döyüş qabiliyyətinin etibarlı göstəricisidir: rəng nə qədər parlaqdırsa, fərd bir o qədər güclü sayılır. Bu isə zəif fərdlərə döyüşə girmədən geri çəkilməyə imkan yaradır. Qanlı toqquşmalar adətən yalnız rəqiblərin rəngləri və gücü çox yaxın olduqda baş verir.

Aydın

--> -->