"İki şərtimiz yerinə yetirilməyənə qədər heç bir çərçivə sülh sazişi imzalanmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan rəsmilərinin artıq sülh sazişinin konkret vaxtının dəqiqləşdirilməsi ilə bağlı rəsmi Bakı ilə diplomatik kanallarla müzakirələrin getdiyi barədə bəyanatlarını şərh edərkən deyib.
Tofiq Zülfüqarov bildirib ki, bu barədə nəsə demək çətindir:
"Rəsmi mövqe odur ki, sazişin mənti razılaşdırılıb. Amma hələlik şərtlər yerinə yetirilməyib. Şərtlərin icra olunması isə Ermənistandan asılıdır. Bəlli olan odur ki, Ermənistan Azərbaycanın tələb etdiyi konstitusiya dəyişikliyinə getməyincə, Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanat olmayana qədər heç bir çərçivə sülh sazişinin imzalanması mümkün deyil".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan, ardınca da Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan artıq sülh sazişinin konkret vaxtının dəqiqləşdirilməsi ilə bağlı rəsmi Bakı ilə diplomatik kanallarla müzakirələrin getdiyini təsdiqləyib.
Xatırladaq ki, sülh sazişinin bütün mətnləri artıq razılaşdırılıb. Lakin Bakı Ermənistan konstitusiyasının preampulasında yer alan və Azərbaycanın ərazi bütövlüyünə təhdidi nəzərdə tutan müddəa aradan qaldırılmayana və Minsk qrupunun buraxılması barədə bəyanat verilməyənə qədər haqlı olaraq sülh sazişini imzalamayacağını bəyan edib.
Rüfət Sultan
Şərhlər