Evlilik ciddi bir addımdır və çox vaxt cütlüklər onun yalnız gözəl mərasimdən ibarət olmadığını dərk etmirlər. Əslində isə bu, həm romantika və ortaq planlar, həm də mübahisələr, yerinə yetirilməmiş məişət işləri, gözlənilməz xərclər və çətin günlərin sonunda tək qalmaq istəyi deməkdir.
Qaynarinfo-nun məlumatına görə, "Your Tango" evliliyi arzulayanlara tövsiyə edir ki, özlərinə səmimi şəkildə bu sualları versinlər. Yalnız bu səkkiz suala çətinlik çəkmədən cavab verənlər ailə həyatına həqiqətən hazırdır:
1. Niyə evlənmək istəyirsiniz?
Səmimi səbəb varmı, yoxsa bu, sadəcə "məntiqli addım" kimi görünür?
2. Evlilik sizə nə verəcək və nədən imtina etməli olacaqsınız?
Kompramisə və şəxsi azadlığınızın müəyyən qədər azalmasına hazır olmalısınız.
3. Siz evliliyə necə baxırsınız?
Valideynlərin təcrübəsi və uşaqlıqda gördükləriniz bu mövqeyinizə təsir edə bilər.
4. Sizin əsas həyat prioritetləriniz hansılardır?
Əgər münasibətlər və partnyor siyahıda ön sıradadırsa, bu, evliliyə hazırlığın göstəricisidir.
5. Kompromisə və "mən" əvəzinə "biz" formatına hazırsınızmı?
Şəxsi çətinliklərin artıq ümumi məsələ olduğunu qəbul etmək lazımdır.
6. Emosional olaraq ciddi münasibətlərə hazırsınızmı?
Keçmiş problemlər, bitməmiş hekayələr və ya boşanma sizi hələ də izləyirmi?
7. Evlənmək üçün doğru anın gəldiyini necə biləcəksiniz?
Adətən bu, şəxsi deyil, birgə inkişaf istəyi ilə hiss olunur.
9. Nikah üçün partnyor tapmaq istəyinizi açıq etiraf etməyə hazırsınızmı?
Artıq bu mövzunu gizlətməkdən utanmayıb, açıq danışa bilirsinizsə, bu da hazırlığın göstəricisidir.
Aydın
Şərhlər