"Emily in Paris” serialı ilə tanınan aktrisa Lili Kollinz son görünüşü ilə pərəstişkarlarını narahat edib.
Qayanrinfo xəbər verir ki, sosial şəbəkələrdə onun həddindən artıq arıqlığı müzakirə mövzusuna çevrilib.
36 yaşlı aktrisa Nyu-York Moda Həftəsi çərçivəsində keçirilən "Calvin Klein” dəfiləsində görüntülənib. Ağ rəngli qısa top və ətək geyimi ilə diqqət çəkən Kollinz, incə görünüşü ilə izləyicilərini təəccübləndirib.
Onu belə görən pərəstişkarları "çox zəifsən”, "yardım almalısan”, "bir az ye” kimi şərhlər yazaraq aktrisaya sağlamlığına diqqət etməyi tövsiyə ediblər.
Fil Kollinz və Cill Tavelmanın qızı olan Lili Kollinz 2017-ci ildə çap olunan "Unfiltered: No Shame, No Regrets, Just Me” adlı kitabında uzun müddət yemək pozuntusu ilə mübarizə apardığını etiraf etmişdi. O, bu səbəbdən ana olma şansının da azaldığını qeyd etmişdi.
Hazırda təxminən 40 kiloqram çəkisi olduğu bildirilən aktrisanın kəskin arıqlaması bir müddətdir müzakirə olunur.
Kollinz 2021-ci ildən aktyor Çarli Makdauellə evlidir. Cütlük bu ilin fevral ayında daşıyıcı ana vasitəsilə qız övladı dünyaya gətirdiklərini açıqlayıb. Onlar övladlarına Tov Ceyn adını veriblər.
Aydın
Şərhlər