Xəbər lenti

Əvvəl parlament, sonra bələdiyyə seçkiləri? (AÇIQLAMA)
Siyasət 10:44 16.02.2024

Əvvəl parlament, sonra bələdiyyə seçkiləri? (AÇIQLAMA)

"Hesab edirəm ki, yaxın vaxtlarda yeni parlament seçkiləri keçiriləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib. 

Onun sözlərinə görə, parlamentin vaxtından əvvəl vuraxılıb, yeni seçkilərin keçirilməsi real görünür:

"Bu il noyabr ayında parlament, dekabr ayrında isə bələdiyyə seçkiləri keçiriləcəyi gözlənilir. Bu baxımdan parlament seçkilərinin önə çəkilməsi mümkün olan hadisədir".
 
Qulamhüseyn Əlibəyli bununla bağlı müəyyən əsasların olduğunu vurğulayıb. 

Bahar Rüstəmli
--> -->